12 iyul 2011 00:41
Neftçi Zaqrebdə ilk məşqinə çıxdı
Azərbaycan çempionu “Neftçi” artıq Xorvatiyanın paytaxtı Zaqrebdədi. Azerisport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində bu ölkənin “Dinamo” klubu ilə qarşılaşacaq “ağ-qaralar” bura iki gün öncədən təşrif buyurub.
Artıq Arif Əsədovun komandası artıq bir neçə saat öncə Zaqrebdə ilk məşqinə də çıxıb.
Maraq üçün xatırladaq ki, “Neftçi” “Dinamo” ilə iyulun 13-də “Maksimir” stadionunda qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
