11 iyul 2011 00:06
Xəzər Lənkəran`ın rəqibi Hapoeli də darmadağın etdi
UEFA Avropa Liqasında Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”ın rəqibi olan İsrailin “Maccabi” klubu növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, Təl-Əviv təmsilçisinin Lənkəran klubuyla oyuna hazırlıq çərçivəsində bu dəfəki rəqibi Yerusəlim “Hapoel”i olub.
Qarşılaşma 4:1 hesabı ilə israillilərin xeyrinə başa çatıb. Maraq üçün xatırladaq ki, Təl-Əviv klubunun bundan əvvəlki rəqibi Belçika “Germinal”ı olmuşdu və Motti İvanirin yetirmələri 3:0 hesablı qələbə qazanmışdılar.
Qeyd edək ki, “Maccabi” və “Xəzər Lənkəran” arasındakı ilk oyun iyulun 14-də səfərdə, cavab görüşü isə ayın 21-də Lənkəranda baş tutacaq.
