11 iyul 2011 00:26

“Neftçi`ni keçəcək dərəcədə gücümüzün olduğuna əminik”

Xorvatiya çempionu “Dinamo”nun (Zaqreb) idman direktoru Zoran Mamiç komandasının UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə hazırlığını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, Zaqreb klubunun rəqibi olacaq “Neftçi”dən də danışıb.
 
“Əlbəttə, komanda hələ optimal vəziyyətdə deyil.Amma biz bilirik ki, qısa zaman kəsiyində ideal forma yığmaq da mümkünsüzdü. İstənilən halda əminik ki, bizim “Neftçi”ni keçəcək dərəcədə gücümüz var” – deyə, Mamiç sözə başlayıb.
 
Onun sözlərinə görə, gələcəyə optimist baxmağa əsasları var: “Çünki biz ötən mövsümkü komandanın özəyini saxlaya bilmişik. Üstəlik, onlara dörd yüksək səviyyəli yeni futbolçu da qoşulub. Hazırda İqor Bişçan və Tomislav Barbariçdən başqa zədəlimiz yoxdu. Qalan bütün futbolçular tam sağlamdılar və qarşıdakı oyunlara hazırlaşırlar. Bizim yaxşı oyun göstərməyə və müsbət nəticə qazanmağa yetərincə gücümüz var və narahatlığa heç bir əsas yoxdu”.
 
Mamiç Zaqrebdə keçiriləcək ilk oyunda komandasını hansı nəticənin qane edəcəyinə də münasibətini bildirib: “Çox istəyirəm ki, ilk oyunda qazanacağımız nəticə cavab matçına daha rahat hazırlaşmağımıza şərait yaradacaq şəkildə olsun”.
 
“Neftçi”dən danışan “Dinamo” rəsmisi bunları dilə gətirib: “Neftçi” yaxşı komandadı. Maraqlı futbolçuları var. Əminəm ki, azərbaycanlılar “Maksimir”də müdafiədən oynamağa üstünlük verəcək. Axı biz həmişə bir şeyin şahidi olmuşuq ki, “Dinamo” evə müdafiədə oturmur, ancaq hücum edir. Fikrimcə, rəqib komandanın əsas işi məhz həmin hücumlarımızın qarşısını almaq olacaq. Amma bizim daha çox şeylər bacara bilən komandamız var. İndi “Dinamo” daha güclü olub”.

Mamiç sonda “Maksimir”ə toplaşacaq azarkeş sayından da danışıb: “Həmin gün stadiona 20 mindən az azarkeş gəlsə, mən çox məyus olacam”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.