11 iyul 2011 00:43
Rəşad Sadıqov Streymurla matçı buraxa bilər
Azərbaycan yığmasının kapitanı, “Qarabağ”ın lideri Rəşad Sadıqov zədələnib. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu komandasının son məşqində ayaq əzələsini dartdığından bir müddət istirahət etməli olacaq.
Bu üzdən Sadıqovun UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Farer adalarının “Streymur” klubu ilə ilk oyunu buraxması da mümkündü. Bu barədə son qərarı komandanın həkimləri və baş məşqçi Qurban Qurbanov verəcək.
Qeyd edək ki, “Qarabağ”ın “Streymur”la ilk oyunu iyulun 14-də səfərdə keçiriləcək.
