12 iyul 2011 13:22

Boyan Pavloviç: Streymur Bangadan daha güclüdü

“Qarabağ”ın qapıçısı Boyan Pavloviç azerisport.az saytına müsahibəsində UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları Farer adalarının “Streymur” klubu ilə dueldəki şanslarından danışıb.
 
“Biz artıq “Streymur”la matçın hazırlıqlarına başlamışıq. Bilirik ki, rəqibimiz sıradan komanda deyil. Amma istənilən halda biz Farer adalarına qələbə dalınca yollanırıq. Hesab edirəm ki, “Streymur” bundan əvvəlki rəqibimiz olan Litva “Banga”sından daha güclüdü və bizə daha çox çətinlik yarada bilər”.
 
Lakin serbiyalı qapıçı bu komandaların heç birinin öz klubundan güclü olmadığı qənaətindədi: “Təbii ki, onları ayrı-ayrılıqda götürdükdə heç biri “Qarabağ”dan güclü deyil. Buna görə də biz farerliləri də mübarizədən kənarlaşdırmağa borcluyuq”.
 
Lakin Pavloviç hadisələri qabaqlamağı da məqsədəuyğun saymır: “İstənilən halda biz meydana çıxıb öz oyunumuzu göstərməyə və sərfəli nəticə qazanmağa çalışacağıq. Amma asan qələbə qazanacağımızı düşünmürəm. Əgər biz öz oyunumuzu göstərə bilsək, o zaman “Streymur” bizə əlavə çətinlik yarada bilməz”.
 
“Biz onların bəzi oyunlarının videoyazısında baxmışıq. Buna uyğun da hazırlaşmağa çalışırıq. Onlar həqiqətən də futbol oynamağı bacarırlar. Mən, eləcə də bütün komanda Farer adalarının təmsilçisiylə oyuna hazırıq. Sadəcə çıxıb öz oyunumuzu göstərmək qalır” – deyə qapıçı qeyd edib.
 
Pavloviç həmçinin digər təmsilçilərimizin də şanslarından danışıb: “Hesab edirəm ki, həm “Neftçi”nin “Dinamo”nu, həm də “Xəzər Lənkəran”ın “Maccabi”ni keçməyə şansı var. Düzdü, onların rəqibləri elə də zəif komandalar deyil. Amma onlar hər ikisi ilk oyunlarını səfərdə keçirirlər və evə sərfəli nəticə ilə qayıtmaqla uğur qazana bilərlər. Məsələn, bilirəm ki, “Dinamo” çox yaxşı komandadı. Amma “Neftçi”nin də zəif komanda olmadığı məlumdu”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.