12 iyul 2011 13:53
Xəzər Lənkəranı Təl-Əviv aeroportunda 4 saat gözlətdilər
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran” komandasının UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin oyunu üçün yollandığı İsrail səfərində problemlə üzləşdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Mirça Rednikin komandası İsrail paytaxtına Bakı vaxtı ilə 3:00-da çatsa da, düz 4 saatdan sonra şəhərə buraxılıb.
Belə ki, müxtəlif bəhanələrlə komandamızın üzvlərini aeroportda gecikdirən yəhudilər 7:00-a qədər Tel-Əviv aeroportunda saxladıqları “Xəzər Lənkəran”lıları buraxmalı olublar.
Qeyd edək ki, “Maccabi” – “Xəzər Lənkəran” matçı iyulun 14-də “Blimfuld” stadionunda keçiriləcək və Bakı vaxtı ilə 22:30-da start götürəcək.
