12 iyul 2011 01:46

Avropa ÇL həyəcanı içində

Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq qitənin ən nüfuzlu klub turnirinin görüşləri yenə iki günə bölüşdürülüb.

Azərbaycan çempionu “Neftçi”nin də iştirak etdiyi turnirin bu mərhələsində təmsilçimizin oyunundan əlavə daha 16 qarşılaşma baş tutacaq. Bunlardan 6-sı bu gün baş tutacaq. Qalan 11 görüş isə sabah keçiriləcək.
 
Qeyd edək ki, turnirin birinci təsnifat mərhələsində cəmi iki qarşıdurma olmuşdu və cırtdan ölkə təmsilçilərinin duellərinin ən güclüləri adına yiyələnən Malta “Valleta”sı ilə Lüksemburqun “Dudelange” klubları çıxışını davam etdirmək hüququ qazanmışdı. Bir sözlə bu iki komanda bu gün növbəti oyunlarına çıxmış olacaqlar. Yerdə qalan bütün iştirakçılar isə ÇL-in yeni mövsümündə debüt matçına çıxmış olacaqlar.

Bunlardan biri də Azərbaycan çempionu “Neftçi” olacaq. Xorvatiya çempionu “Dinamo” (Zaqreb) ilə qarşılaşmalı olacaq “ağ-qaralar” Bakı keçiriləcək cavab oyununa sərfəli nəticə ilə başlamaq üçün səfərdən müsbət nəticə qayıtmağa çalışacaq. Elə ÇL-in ikinci təsnifat mərhələsinin mərkəzi görüşü də məhz bu qarşılaşma hesab olunur. Təkcə Azərbaycanda yox, eləcə də Avropada. Bu prinsipial dueldən kimin qalib ayrılacağı isə məhz iki görüşün nəticəsindən sonra bilinəcək.
 
Çempionlar Liqası
İkinci təsnifat mərhələsi
İlk oyunlar
12 iyul
 
20:00. Punik (Ermənistan) - Viktoria (Çexiya)
22:30. Valletta (Malta) – Ekranas (Litva)
23:00. Mogren (Çernoqoriya) - Litex (Bolqarıstan)
23:00. Maribor (Sloveniya) – Dudelange (Lüksemburq)     
23:15. Slovan” (Slovakiya) – Tobol (Qazaxıstan)
00:00. Shamrock Rovers (İrlandiya) - Flora (Estoniya)
 
13 iyul
 
21:00. Zestafoni (Gürcüstan) - Dacia (Moldova)
22:00. Maccabi (Hayfa, İsrail) - Borac (Bosniya və Herseqovina)
22:00. Malmö (İsveç) – Torshavn (Farer adaları)
22:30. Bangor City (Uels) - HJK (Finlandiya)
23:00. Dinamo (Xorvatiya) - Neftçi (AZƏRBAYCAN)
23:00. Skënderbeu (Albaniya) – APOEL (Kipr)
23:30. Skonto (Latviya) - Wisla (Polşa)
23:30. Sturm Graz (Avstriya) - Videoton (Macarıstan)
23:45. Partizan (Serbiya) – Skendija (Makedoniya)
23:45. Linfield (Şimali İrlandiya) - BATE (Belarus)
23:45. Rosenborg (Norveç) – Breidablik (İslandiya)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.