12 iyul 2011 14:16
Cavid İmamverdiyev: Dinamo səddini keçəcəyik
"Yoldaşlıq oyunlarında da sübut etdik ki, komandamızda hər şey qaydasındadı. Nə olursa-olsun, "Neftçi" öz oyununu oynamalıdı".
Azerisport.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Dinamo" ilə oyunu ərəfəsində "Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev klubun rəsmi saytına açıqlamasında deyib.
Gənc futbolçu sözlərinə belə davam edib: "İnşallah, "Dinamo" səddini keçəcəyik. Təlim-məşq toplanışına gəlincə, baş məşqçi Arif Əsədovun rəhbərliyi altında çox faydalı hazırlıq keçdik".
