13 iyul 2011 00:02
Vaqif Cavadov İngiltərə klubuna qol vura bilmədi (YENİLƏNİB)
Azərbaycan millisinin hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu Rusiyanın “Volqa” klubu Avstriyadakı təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, Nijni-Novqorod klubu bu gün sözügedən ölkədəki hazırlıq prosesi çərçivəsində ikinci sınaq matçına çıxıb.
Vaqifin komandasını İngiltərənin “Sheffield Wednesday” klubu sınağa çəkib. Sözügedən ölkənin üçüncü liqa komandası ilə duel qolsuz başa çatıb.
Baş məşqçi Dmitri Çerışev millimizin hücumçusuna bu oyunda da şans verib. Lakin 70-ci dəqiqədə meydana çıxan Vaqif komandasına qələbə qazandıra bilməyib.
Xatırladaq ki, Vaqif komandasının toplanışına qoşulduğu ilk gündəcə Danimarkanın “Copenhagen” klubu ilə keçirilən sınaq matçının 75-ci dəqiqəsində də meydana buraxılmışdı.
