12 iyul 2011 15:02
Vaqif Qasımov: Nazim Süleymanov AZAL-dan imtina etdi
AZAL-ın prezidenti Vaqif Qasımov hələ Belarusda istefa qərarını açıqlamış Nazim Süleymanovla təkrar görüş keçirib. Azerisport.az saytına müsahibəsində klub prezidenti bu görüşün nəticəsi ilə bağlı bunları dilə gətirib:
“Mən digər klub rəsmilərinin də iştirakı ilə Süleymanovla görüşdüm. Hamı arzusunu bildirdi ki, o, komandada qalsın. Amma Nazim istefa qərarını açıqladığını və onu dəyişmək istəmədiyini söylədi. Mən ona düşünmək üçün 18:00-a kimi vaxt versəm də, o, imtina etdi. Artıq bizə yeni baş məşqçi axtarmaqdan başqa çıxış yolu qalmır”.