12 iyul 2011 15:30
Azərbaycan - Belçika matçının başlama vaxtı və keçirilmə yeri açıqlandı
AÇ-2012-nin seçmə mərhələsinin Azərbaycan və Belçika milli komandaları arasında sentyabrın 2-də keçiriləcək matçın yeri və başlama saatı müəyyənləşib. Azerisport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
Görüşün start fiti isə saat 21:00-da çalınacaq. Hakimlər briqadası isə hələ məlum deyil.
Qeyd edək ki, Belçika ilə oyundan 4 gün sonra millimiz Lənkəran şəhər mərkəzi stadionunda Qazaxıstanı qəbul edəcək. Həmin matç isə saat 20:00-da başlanacaq.
