12 iyul 2011 15:43
Neftçi bu gün Maksimirdə son məşqə çıxacaq
Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Dinamo" ilə oyununa hazırlaşan "Neftçi" Xorvatiyaya yollanıb. Azerisport.az xəbər verir ki, Zaqrebdəki "Şeraton" otelində məskunlan flaqman Xorvatiya paytaxtında artıq ilk məşqini dünən keçirib.
"Neftçi"nin oyunöncəsi son məşqi isə bu gün olacaq. Görüşün keçiriləcəyi "Maksimir" stadionunda baş tutacaq hazırlıq Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, iyulun 13-də keçiriləcək "Dinamo" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
