12 iyul 2011 16:00

Sadıq Sadıqov: Neftçi Zaqrebdə öz sözünü deyəcək

Azərbaycan çempionu “Neftçi”nin prezidenti Sadıq Sadıqov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Xorvatiya “Dinamo”su ilə oyunu öncəsi Zaqrebdə azerisport.az-ın suallarını cavablandırıb.
 
- İlk növbədə sizin sağlığınızın nə yerdə olduğunu bilmək istərdik. Ötən həftə siz xəstəxanaya düşmüşdünüz...
- İndi hər şey normaldı. Mənim şəkər problemim var, ötən mövsümdən normal müalicə ala bilmirəm. Özünüz də gördüz ki, son mövsüm necə gərgin keçdi. Buna görə mənim də müalicəyə vaxtım olmurdu. İndi artıq yenidən bütün diqqəti kluba ayırmaq lazımdı. Çünki Azərbaycanı təmsil edirik. Əlimizdən gələn hər şeyi etməliyik ki, vətənə başıyuxarı qayıda bilək.

- Oyundan nə gözləyirsiz?
- Çox gərgin oyun olacaq. “Dinamo”nu düzgün qiymətləndirməliyik. Bizim qarşıdurmamız bu klubun 100 illik yubileyinə təsadüf edib. Prezidentləri də bəyan edib ki, uğursuzluq halında baş məşqçini istefaya yollayacaq. Həqiqətən böyük klubdu. 100 illik tarixlərinin olması hər şeyi deyir. Amma bizim komandanın da 73 yaşı var. Onlardan 23 yaş kiçik olsaq da, bura məğlub olmaq üçün gəlməmişik. Futbolçularla söhbətimdə də hiss edirəm ki, Azərbaycan futbolu da qələbəni çox istəyir. Düzdü, çətin, gərgin olacaq. Amma komandama inanıram. “Neftçi” Zaqrebdə öz sözünü deyəcək.

- Şansları necə dəyərləndirirsiz?
- Mən nə hesab barədə, nə də məğlubiyyət haqda düşünmüşəm. Rəqibin heyətində çox yaxşı, peşəkar futbolçular cəmləşib. “Dinamo”nun 5 oyunçusu Xorvatiya millisində çıxış edir. Komanda son illər demək olar ki, bir qayda olaraq Avroliqanın qrup mərhələsinin iştirakçısıdı. Amma bizə yaxşı nəticə ilə qayıtmaq çox vacibdi.
 
- Stadion tam dolu olacaq. Bu, komandamızın üzvlərinə problem yaratmaz ki?
- Azarkeşlər İsraildə, “Xəzər Lənkəran”ın oyununda çox olacaqlar. Ötən mövsüm “Qarabağ” da dolu tribunalar qarşısında oynayırdı. Amma elə onların gözü önündə rəqiblərini məğlub etməyi bacarmışdı. Biz də futbolu sevirik və ilk dəfə deyil ki, belə azarkeş qarşısına çıxırıq. Bu normal haldı. Biz artıq cavab oyununa bilet almağa başlayan öz azarkeşlərimizi sevindirmək istəyirik.
 
- Futbolçular uğur qazanacaqları halda mükafat alacaqlar?
- Səmimi deyirəm ki, komanda bu gün nə pul, nə də mükafat haqda düşünür. Hamısı özünü Avropada göstərmək haqda düşünür. Bizdə hazırda 9 legioner var ki, onların səviyyəsi qətiyyən aşağı deyil. Onlar qarşıdakı oyunlarda özlərini göstərməyə borcludular. Əgər biz qrup mərhələsinə vəsiqə qazana bilsək, niyə də futbolçularımızı mükafatlandırmayaq? Hətta futbolçular da mənə deyirlər ki, siz narahat olmayın, hər şey qaydasında olacaq.
 
- Arif Əsədovla bağlı çoxsaylı müzakirələr var. “Neftçi” “Dinamo”ya uduzsa, onu istefaya göndərəcəksiz?
- Bu haqda heç düşünmürəm də. Bilirsiz ki, “Neftçi” 6 il idi çempion ola bilmirdi. Hazırda Azərbaycanda yerli məşqçilərlə bağlı problem var. Arif Əsədov isə yaxşı komanda yaratmağı bacarıb. Mən baş məşqçimizə inanıram. İstənilən nəticə qarşılığında da onu dəstəkləyəcəm. Məsələn, Qurban Qurbanovun da uğursuzluqları oldu, amma “Qarabağ”da istəyinə çatdı. Hər il baş məşqçi dəyişmək də düz deyil. Biz Əsədovla hələ uzun müddət çalışacağıq. O, təkcə “Neftçi”yə yox, həm də Azərbaycan futboluna lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.