12 iyul 2011 17:18
Xorvatlar Zaur Ramazanovu unuda bilmirlər
Xorvatiya mətbuatı Azərbaycanın “Xəzər Lənkəran” klubunun sabiq forvardı Zaur Ramazanovu unuda bilmir. Azerisport.az xəbər verir ki, bu hücumçu artıq karyerasını bitirsə də, bu ölkədə yaddaşlarda qalmaqdadı.
Bu mənada xorvatiyalı həmkarlarımız azerisport.az saytının Zaqrebdəki jurnalisti ilə söhbətlərində ilk növbədə Ramazanovu xatırlayırlar. Axı o, hazırda Azərbaycan çempionu “Neftçi”yə rəqib olan “Dinamo” üçün vaxtilə əsas təhlükə mənbəyi hesab olunurdu.
Xatırladaq ki, 2007-ci ildə Çempionlar Liqasının “Dinamo” və “Xəzər Lənkəran” arasında Zaqrebdə keçirilən oyunda Zaur qol vurmaqla yanaşı daha bir neçə təhlükəli vəziyyətlə yadda qalmışdı.
