12 iyul 2011 17:48
UEFA Dinamoya qadağa qoydu
UEFA Azərbaycan və Xorvatiya çempionları – “Neftçi” ilə “Dinamo” arasında keçiriləcək Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk matçı ilə bağlı qadağa qoyub. Azerisport.az xəbər verir ki, qitə futbol qurumunun rəhbərliyi Zaqreb klubunun “Maksimir”də keçiriləcək görüş üçün bütün yerlərə bilet satmasına icazə verməyib.
UEFA matçın təhlükəsizliyinin təmin olunması üçün bu amilin vacibliyini önə çəkib. Bu üzdən də “Dinamo” – “Neftçi” görüşünə sadəcə 35 min bilet satılıb. Belədə sözügedən qarşılaşmada anşlaq olmayacağı müəyyənləşib.
Maraq üçün qeyd edək ki, “Maksimir”də son dövrlər yenidənqurma işləri aparılırdı. Arenanın azarkeş tutumunun 40 minə çatdırıldığı bildirilirdi. Belədə yenilənmiş “Maksimir”də əsl anşlaq gözlənilirdi. Amma göründüyü kimi “Dinamo” azarkeşlərinin çılğınlığını nəzərə alan UEFA buna qadağa qoydu.
