12 iyul 2011 18:36
Mahmut Özgenerlə Sadri Şener də günahkar çıxdı
Türkiyə futbolunda danışılmış oyunlarla bağlı istintaqa cəlb olunan “Trabzonspor” klubunun prezidenti Sadri Şener və Türkiyə Futbol Federasiyasının sabiq prezidenti Mahmut Özgenerlə bağlı qərar çıxarılıb. Azerisport.az xəbər verir ki, hər iki şəxs aparılan dindirmələrdən sonra həbsxanaya göndərilib.
Qeyd edək ki, Özgenerlə Şenerdən öncə daha bir neçə şəxs barədə həbs qərarı çıxarılıb. İstintaqa cəlb olunan digər futbol adamlarının dindirilməsi isə davam etməkdədi.
