12 iyul 2011 20:18
Berti Foqts Dinamo – Neftçi matçında
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Dinamo” – “Neftçi” matçını Azərbaycan yığmasının baş məçqçisi Berti Foqts da izləyəcək. Azerisport.az xəbər verir ki, millimizin almaniyalı çalışdırıcısı Xorvatiya və Azərbaycan çempionlarının “Maksimir” stadiondakı qarşılaşmasını canlı izləmək üçün Zaqrebə yollanacaq.
Foqtsun Xorvatiya paytaxtına oyun günü – sabah gəlməsi gözlənilir. Qeyd edək ki, almaniyalı mütəxəssisin səfərində əsas məqsədi “Neftçi”də top qovan milli üzvlərini yaxından izləməkdi.
“Dinamo” – “Neftçi” görüşünün iyulun 13-də Zaqrebin “Maksimir” stadionunda keçiriləcəyini və Bakı vaxtı ilə saat 23:00-da başlayacağını da qeyd edək.
