12 iyul 2011 20:38
Rail Məlikov Dinamo ilə oyunu buraxa bilər
Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Xorvatiya “Dinamo”su ilə ilk oyununa itki ilə çıxa bilər. Azerisport.az xəbər verir ki, paytaxt klubunun kapitanı Rail Məlikov Zaqrebdəki qarşılaşmanı buraxmaq təhlükəsi ilə üzləşib.
Belə ki, təcrübəli müdafiəçi dünən komandasının son məşqində zədələnib. Bu üzdən onun ayağına sarğı qoyulub. Railin aqibətinə yalnız oyun günü – sabah aydınlıq gəlmiş olacaq.
Qeyd edək ki, “Dinamo” – “Neftçi” görüşü iyulun 13-də Zaqrebin “Maksimir” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, “Dinamo” – “Neftçi” görüşü iyulun 13-də Zaqrebin “Maksimir” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
