12 iyul 2011 21:44

Yurçiç: Neftçi ilə oyunun favoriti bizik

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Xorvatiyanın “Dinamo” klubunun baş məşqçisi Krunoslav Yurçiç bu gün Zaqrebdəki “Maksimir” stadionunda mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis sabah baş tutacaq komandamızla oyun öncəsi bunları dilə gətirib:

“Mən inanıram ki, komandam qələbə qazanacaq. Dolu tribunalar qarşısında rəqibi məğlub etməyə borcluyuq. Bu, bizi ancaq sevindirə bilər. Biz cütün favoritiyik. Evdə, yaxşı atmosfer altında oynamağımız gücümüzü daha da artırır. Azarkeşlər də bizim üçün əlavə bir stimul, motivasiya verir. Ümid edirəm ki, futbolçularımız qarşıya qoyulan vəzifəyə nail ola biləcək”.
 
Komandamız haqda danışarkən, Yurçiç bunları söyləyib: “Neftçi” öz heyətini qoruyub saxlayıb. Ötən mövsümkü çempion heyəti saxlamaları onlar üçün üstünlükdü. Bu komandanın Azərbaycan çempionatının ikinci dövrəsinə təsadüd edən 2-3 oyununa baxmışam. Onlar güman ki, Zaqrebdə sərfəli nəticə qazanmağa çalışacaqlar. Biz “Neftçi”nin şablon müdafiəsini yarmaq haqda düşünməliyik. Çünki rəqibimiz daha çox müdafiəyə üstünlük verəcək”.

Leandro Kufrenin durumu haqda danışan baş məşqçi onun xidmətindən yararlana bilməyəcəklərini etiraf edib: “Onun durumu heç də yaxşı deyil. Sabah o, komanda yoldaşlarına kömək edə bilməyəcək. Onu Domaqoy Vida əvəzləyəcək. Fikrimcə, Vida Kufreni layiqincə əvəzləyəcək”.
 
Planlarına da toxunan Yurçiç sonda bunları dilə gətirib: “Bizim gənc, amma güclü komandamız var. Yayda heyəti bir qədər də gücləndirdik. Biz hücum futbolu sərgiləyəcəyik. Biz “Neftçi”ni məğlub edəcək plan qurmuşuq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.