12 iyul 2011 22:02
Sumqayıt beynəlxalq arenada debüt matçında 7 qol buraxdı
Azərbaycan Premyer Liqasının 2011/12 mövsümünün debütantı olacaq “Sumqayıt Şəhər” klubu Avstriyada həyata keçirdiyi toplanış çərçivəsində ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Bernard Raabın komandası Rumıniyanın birinci liqa təmsilçisi olan “Sportal”la üz-üzə gəlib.
Buxarest təmsilçisiylə görüş Premyer Liqamızın debütantı üçün uğursuz başa çatıb. Belə ki, Rumıniya klubu 7:1 hesabıyla qələbə qazanb. Halbuki, ilk hissədən sonra hesab 1:1 olub.
Amma fasilədən sonra Raab ehtiyat heyəti meydana buraxıb ki, bu da öz sözünü deyib. Rumınlar da altı qolu məhz ondan sonra vurmağa nail olublar. Komandamızın yeganə qoluna isə Ruslan Nəsirli imza atıb.
