13 iyul 2011 00:05

Layiqli oynayıb mərhələ adlamamaq keçilmiş yoldu, Neftçi!

Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində növbəti qarşılaşmalar oynanılacaq. Azerisport.az xəbər verir ki, bu oyunlar içində azərbaycanlı futbol azarkeşləri üçün daha çox maraq doğuran bir görüş də var.
 
Belə ki, son ölkə çempionu “Neftçi” Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə ilk sınağına çıxacaq. Komandamız qitənin ən nüfuzlu klub turnirindəki yolçuluğuna səfərdə başlayacaq. Arif Əsədovun yetirmələri Zaqrebdəki “Maksimir” stadionundan Bakıda keçiriləcək cavab oyununa sərfəli nəticəylə qayıtmağa çalışacaq.
 
Qeyd edək ki, “Neftçi” son 2 mövsümdə qitə miqyaslı turnirlərdə iştirak etmirdi. Bu dəfə isə flaqman Avropa səhnəsinə çempion kimi qayıdıb və ölkəmizi ÇL kimi mötəbər turnirdə təmsil edəcək. “Ağ-qaralar” bütövlükdə indiyə qədər 28 dəfə qitə miqyaslı oyun keçiriblər. Bunlardan 10-da qələbə qazanan təmsilçimiz daha 4 görüşdə rəqibləri ilə heç-heçəyə razılaşıb. 14 qarşılaşma isə bizim üçün üzücü hesabla başa çatıb. Yeri gəlmişkən, flaqmanın bu oyunlarından 10-u ÇL-ə təsadüf edib ki, bu turnirdə 4 qələbə qazanıb, 1 heç-heçə edən “Neftçi” qalan 5 görüşdə məğlubiyyətdən qaça bilməyib.

Paytaxt klubu sonuncu dəfə 2008-ci ildə artıq tarixin yaddaşına köçmüş İntertoto kubokunda qüvvəsini sınamışdı. O vaxt təmsilçimiz bu turnirdə uğurla çıxış etmiş, Azərbaycan futbolunda yeni tarix yazmışdı. Belə ki, klublarımızın avrokuboklar karyerasında ilk dəfə məhz bu komanda 2 mərhələ keçməklə tarixə düşmüşdü.
 
Qeyd edək ki, Azərbaycan çempionu olan “Neftçi” bu dəfə də ÇL-də mərhələ adlayacağı halda çox böyük üstünlük qazanmış olacaq. Yəni “Neftçi” üçün “Dinamo”nu adlamaq bəlkə də tarixinin ən böyük uğuru kimi qiymətləndirilə bilər. Məsələ burasındadı ki, “ağ-qaralar” üçüncü təsnifat mərhələsindəki rəqibinə uduzsa da belə, ən azı Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmış olacaq. Oradakı rəqibini keçəcəyi halda isə “Neftçi” qitənin nüfuzuna görə ikinci dərəcəli turnirinin qrup mərhələsində çıxış etmək şansına yiyələnəcək. Odu ki, Xorvatiya çempionu ilə qarşılaşma paytaxt klubu üçün çox qiymətlidi və bu gözəl şansdan maksimum yararlanmaq lazımdı.
 
Komandamızın bu oyun öncəsi bir sıra üstünlükləri də var. Məsələn, “Neftçi” klublarımızın əvvəlki mövsümlərdəki ən ağır problemlərindən olan ciddi heyət dəyişikliyinə əl atmayıb. Demək olar ki, heyətini qoruyan paytaxt klubu sadəcə 1 qapıçı alıb ki, Serbiyanın “Crvena Zvezda” klubundan gələn Saşa Stamenkoviçə də böyük ümidlər bəslənilməkdədi. Hər halda Xorvatiya futbolunu yaxından tanıyan bu təcrübəli qapıçı onlara qarşı ikiqat əzmlə oynamaqla komandamıza kömək edə bilər. Uzun müddətdi birgə çıxış edən komanda üzvlərinin heyətdə saxlanılmasının bəhrəsini isə ən azı son illərdə “Qarabağ” artıqlamasıyla göstərə bilib. Ümid edək ki, “Neftçi”nin də bu siyasəti komandamıza ancaq fayda gətirəcək.
 
Digər tərəfdən bu cüt arasındakı ilk oyunun səfərdə keçirilməsi də Azərbaycan çempionuna müəyyən psixoloji üstünlük qazandırır. Axı komandamız səfərdən sərfəli nəticə ilə qayıtmaqla evdə növbəti mərhələyə vəsiqəni təmin edə bilər. Bunun üçün adlı-sanlı rəqibdən qorxmayıb, onlara qarşı layiqli müqavimət göstərmək, meydanda can qoymaq yetər. Yeri gəlmişkən, bizim üçün tanış rəqib olan Zaqreb “Dinamo”suna layiqli müqavimət göstərib, mərhələ adlamamaq artıq keçilmiş yoldu. Belə ki, 2007-ci ildə Çempionlar Liqasında “Xəzər Lənkəran” məhz bu komanda ilə üz-üzə gələrək hər 2 oyunda 1:1 hesablı heç-heçəyə nail olsa da, Zaqrebdəki cavab görüşünün əlavə vaxtında 2 qol buraxaraq, mübarizəni dayandırmışdı. Odu ki, “Neftçi” daxili çempionatda əzəli rəqibi olan “ağ-yaşıllardan” daha uğurlu çıxış etməyə hərtərəfli borcludu.

Qeyd edək ki, “Dinamo” ilə oyun ərəfəsində “Neftçi”nin düşərgəsində yalnız komandanın kapitanı Rail Məlikovun zədəsi narahatlıq doğurur. Yüngül zədəsi olan futbolçunun meydana çıxıb-çıxmayacağı qarşılaşmanın startı ərəfəsində müəyyənləşəcək. Bütövlükdə isə, “ağ-qaralar” ÇL-ə aşağıdakı 23 futbolçunu sifariş edib:
 
Qapıçılar: 1. Rauf Mehdiyev, 12. Elçin Sadıqov, 30. Saşa Stamenkoviç;
 
Müdafiəçilər: 2. Rail Məlikov, 3. Denis Silva, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 15. Ruslan Abışov, 16. Alessandro Viana da Silva, 18, Ruslan Əmircanov, 26. Kərim Diniyev;
 
Yarımmüdafiəçilər: 6. Slavço Georgievski, 7. Rodriqinyo, 8. Elmar Baxşiyev, 9. Flavinyo, 11. Cavid Hüseynov, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev, 27. Rəşad Abdullayev;
 
Hücumçular: 10. Emil Mpenza, 14. Bahodir Nasimov, 22. Ruslan Qurbanov, 28. Emin Mehtiyev.
 
“Dinamo”ya gəlincə, indiyə qədər bu komandadan çox danışıldığından təkrara yol vermək istəməzdik. Bu il 100 illik yubileyini qeyd edən Zaqreb klubu son illər bir qayda olaraq avrokubokların qrup mərhələlərində çıxış edir və bu il də iddialıdı. Krunoslav Yurçiçin əlinin altında aşağıdakı futbolçular olacaq:
 
Qapıçılar: 12. Filip Lonçariç, 30. İvan Kelava, 31. Oliver Zelenika;
 
Müdafiəçilər: 3. Luis İbanes, 11. İvan Tomeşak, 13. Tonel, 14. Şime Vrsalko, 19. Tomislav Barbariç, 22. İqor Bişçan, 24. Domaqoy Vida, 25. Leandro Kufre;
 
Yarımmüdafiəçilər: 5. Adrian Kalello, 6. Ariyan Ademi, 7. Yerko Leko, 8. Mateo Kovaçiç, 10. Sammir, 15. Matias Çaqo, 16. Milan Badelj, 18. Mario Şitum, 20. Mehmed Alispahiç, 33. Antun Paliç, 77. Pedro Morales;
 
Hücumçular: 9. Andrey Kramariç, 17. Yakub Silvestr, 21. Fatoş Beçiray, 55. Ante Rukavina, 99. İvan Krstanoviç.
 
Qeyd edək ki, "Neftçi"nin "Dinamo" ilə ilk görüşü iyulun 13-də saat 23:00-da Zaqrebin "Maksimir" stadionunda baş tutacaq. Cavab oyunu isə iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
 
UEFA Çempionlar Liqası
İkinci təsnifat mərhələsi
İlk oyun
13 iyul
 
23:00. Dinamo – Neftçi
 
Hakimlər: Antoni Qotye, Mixael Annonye, Kristof Kapelli, Ruddi Buke (hamısı Fransa).
Hakim-inspektor: Vaslav Krondl (Çexiya).
UEFA nümayəndəsi: Sune Hellströmer (İsveç).
Zaqreb. “Maksimir” stadionu

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.