14 iyul 2011 00:52

Neftçi Zaqrebdən ümidsiz dönür (YENİLƏNİB)

Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində növbəti qarşılaşmalar oynanılıb Azerisport.az xəbər verir ki, bu oyunlar içində azərbaycanlı futbol azarkeşləri üçün daha çox maraq doğuran bir görüş də vardı.
 
Belə ki, son ölkə çempionu “Neftçi” Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə ilk sınağına çıxırdı. Komandamız qitənin ən nüfuzlu klub turnirindəki yolçuluğuna səfərdə başlayırdı. Arif Əsədovun yetirmələri Zaqrebdəki “Maksimir” stadionundan Bakıda keçiriləcək cavab oyununa sərfəli nəticəylə qayıtmağa çalışmalıydı.
 
Lakin təəssüf ki, çempionumuz ona bəslənilən ümidləri doğrultmadı. Əksinə 3 cavabsız qolla buraxmaqla öz ümidlərini də böyük ölçüdə itimiş oldu.
 
UEFA Çempionlar Liqası
İkinci təsnifat mərhələsi
İlk oyun
13 iyul
 
DİNAMO – NEFTÇİ - 3:0 (1:0)
Qol: M.Badel, 37 (1:0), Krstanoviç, 46 (2:0), Krstanoviç, 65-pen.
Hakimlər: Antoni Qotye, Mixael Annonye, Kristof Kapelli, Ruddi Buke (hamısı Fransa).
Hakim-inspektor: Vaslav Krondl (Çexiya).
UEFA nümayəndəsi: Sune Hellströmer (İsveç).
Zaqreb. “Maksimir” stadionu
 
DİNAMO: 30. İvan Kelava, 14. Şime Vrsalko, 13. Tonel, 24. Domaqoy Vida, 3. Luis İbanes, 7. Yerko Leko, 16. Milan Badel (k), 20. Mehmet Alispahiç, 10. Sammir, 21. Fatoş Beçiray, 99. İvan Krstanoviç.
Ehtiyat oyunçular: 12. Filip Lonçariç, 5. Adrian Kallelo, 6. Ariyan Ademi, 8. Mateo Kovaçiç, 11. İvan Tomeçak, 18. Mario Şitum, 55. Ante Rukavina.
Baş məşqçi: Krunoslav Yurçiç.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov, 3. Denis Silva, 5. İqor Mitreski, 16. Allessandro, 15. Ruslan Abışov, 6. Slavço Georgiyevski, 7. Rodriqinyo, 9. Flavinyo, 27. Rəşad Abdullayev, 10. Emil Mpenza.
Ehtiyat oyunçular:1. Rauf Mehdiyev, 4. Tərlan Quliyev, 11. Cavid Hüseynov, 14. Bahodir Nasimov, 18. Ruslan Əmircanov, 19. Mirhüseyin Seyidov, 25. Cavid İmamverdiyev. 
Baş məşqçi: Arif Əsədov.
 
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
1. Mitreski Sammirə qarşı qaydanı pozur
2. İbanes cərimə zərbəsi vurur və korner qazanırlar
3. Alispahiç öncə Flavinyo, daha sonra Georgiyevskiyə qarşı qaydanı pozur
4. Railin yerinə yetirdiyi cərimə zərbəsi faydasız qalır
6. Krstanoviç ofsayda düşür
10. İbanesin cərimə zərbəsi təhlükəli alınsa da, hər şey yaxşı qurtarır
12. "Neftçi" təəssüf ki, çox həyəcanlı görünür. Rəqib daha bir künc zərbəsi qazansa da, istəyinə çata bilmir
13. Krstanoviçin təhlükəli zərbəsini Stamenkoviç əla reaksiya ilə dəf edir
15. Rail Krstanoviçə qarşı qaydanı pozur və növbəti cərimə zərbəsi
16. Alispahiçin cərimə zərbəsini müdafiəçilərimiz qaytarır, təkrar zərbəni isə Saşa tutur
17. Əks-hücum zamanı Mpenzanın zərbəsi dəqiq alınmır
20. "Neftçi" bu komanda ilə oynaya və uğur qazana bilər. Bir qədər səliqəli və ağıllı oynamaq yetər
21. Leko Georgiyevskiyə qarşı qaydanı pozur
24. Sammir daha bir cərimə zərbəsi vurur, Alispahiçin təkrar zərbəsi...Komandamız hələ ki, dözür
27. Flavinyo bu gün çox passiv görünür. Topa sahib olma faizi isə 61-39 meydan sahiblərinin xeyrinədi
29. Mpenzanın daha bir zərbəsi qeyri-dəqiq alınır
31. R.Abdullayev ofsayda düşür
33. Müdafiə xəttimiz hələ ki, inamlı təsir bağışlayır. Xüsusilə Rail və Mitreski
34. Krstanoviç Denis Silvaya qarşı qaydanı kobudluqla pozur. Buna görə o, matçda sarı vərəqə alan ilk futbolçu olur
37. Alessandronun mövqe səhvindən yararlanan Badel uzun ötürməni qəbul edib hesabı açır - 1:0
38. Sammirin zərbəsi dəqiq alınmır
40. Kelava çıxışda səhvə yol versə də, Mpenza bundan yararlana bilmir
42. Rodriqinyonun uzaqdan zərbəsi dəqiq alınmır
44. "Neftçi"də ilk əvəzləmə: Mitreskini Cavid Hüseynov əvəzləyir
Birinci hissəyə 1 dəqiqə əlavə olunur
İlk yarı başa çatdı
İkinci hissə başladı
46. İkinci hissə başlayan kimi Krstanoviç hesab arasındakı fərqi artırır - 2:0
47. Beçirayın zərbəsi dəqiq alınmır
48. Leko Flavinyoya qarşı kobud oynayır və sarı vərəqə alır
49. Rəşadın cərimə zərbəsi canlı səddən qayıdır
51. Flavinyonun zərbəsi qeyri-dəqiq alınır
52. Lekonun zərbəsi dəqiq alınmır
53. Rodriqinyo Lekoya qarşı qaydanı pozur və sarı vərəqə alır
60. "Neftçi" artıq arxa xəttdə top saxlamağa və hücum qurmağa çalışır
61. Rodriqinyoya qarşı qayda pozulur
62. Cavidin ötürməsindən sonra Flavinyonun baş zərbəsi dəqiq alınmır
62. Flavinyonun çox təhlükəli vəziyyəti zamanı yenə rəqib qapıçı əla reaksiya nümayiş etdirir
63. Komandamızın 2 künc zərbəsindən qol vurmaq istəyi baş tutmur
64. Stamenkoviç Krstanoviçə qarşı qaydanı pozur və hakim penalti təyin edir
64. Stamenkoviç sarı vərəqə alır
65. Krstanoviç penaltidən dəqiq zərbə ilə hesabı artırır - 3:0
67. Beçirayın əvəzində meydana Rukavina daxil olur
71. Rodriqinyonun əvəzində meydana Bahodir Nasimov daxil olur
72. Xorvatlar növbəti qola çalışır. Badelin zərbəsi zamanı Stamenkoviç komandamızı qoldan xilas edir
73. Mpenzanın zərbəsi dəqiq alınmır
74. Flavinyo da sarı vərəqə alır
76. Lekonun uzaqdan ərbəsini Saşa kornerə çıxarır
77. Rəşad Abdullayev yerini Cavid İmamverdiyevə verir
78. Badel hakimə etiraz etdiyinə görə sarı vərəqə alır
79. Krstanoviçi Tomeçak əvəzləyir
81. "Neftçi" qol vurmağa yaxın olsa da, təəssüf ki, Flavinyo, Nasimov və Denis Silva qapıya dəqiq zərbə endirə bilmir
83. Nasimov lazımsız yerdə qaydanı pozaraq sarı vərəqə alır
87. Komandamız kornerdən qol vurmaq istəsə də, alınmır
88. Alispahiçi Kovaçiç əvəzləyir
89. Stamenkoviç komandamızı qoldan xilas edir
Qarşılaşmanın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatır

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.