12 iyul 2011 11:12
Azərbaycan millisi Estoniya ilə qarşılaşacaq
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) Estoniya yığması ilə yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, bu qarşılaşma avqustun 9-da baş tutacaq.
Artıq görüşün keçiriləcəyi yer və başlama saatı da bəllidi. Belə ki, görüş Estoniyanın Tartu şəhərindəki “Tamme” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
