12 iyul 2011 11:22
Argentina nəhayət ki, qələbə qazandı
Argentinada keçirilən Amerika Kuboku davam edir. Azerisport.az xəbər verir ki, ötən gecə A qrupunda üçüncü turun bir oyunu keçirilib.
Nəinki bu qrupun, bütövlükdə turnirin əsas favoritlərindən olan Argentina Kosta Rika ilə qarşılaşıb. Doğma azarkeşlərinin gözü önündə keçirdiyi ilk iki oyunda heç-heçə etməklə tənqidləri artıran Argentina üçün bu qarşılaşma son şans idi. Çünki qələbə qazanan tərəf növbəti mərhələyə adlamış olacaqdı. Məhz bu son şansdan argentinalılar nəhayət ki, yararlana biliblər. Rəqib qapısından 3 top keçirən meydan sahibləri Kolumbiyanın ardından pley-offa yüksəliblər.
Bu gecə C qrupu çərçivəsində Çili – Peru və Uruqvay – Meksika matçları keçiriləcək.
Amerika Kuboku
A qrupu
3-cü tur
11 iyul
Argentina – Kosta Rika - 3:0
Qollar: Kun Aquero, 45; 53, Di Mariya, 64.
|
1
|
Kolumbiya
|
3
|
2
|
1
|
0
|
3
|
0
|
7
|
|
2
|
Argentina
|
3
|
1
|
2
|
0
|
4
|
1
|
5
|
|
3
|
Kosta Rika
|
3
|
1
|
0
|
2
|
2
|
4
|
3
|
|
4
|
Boliviya
|
3
|
0
|
1
|
2
|
1
|
5
|
1
|
