12 iyul 2011 12:11
İnterin şərəfinə açıq havada şam yeməyi (FOTOLAR)
Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını başa vuran "İnter" Bakıya qayıtmazdan öncə məskunlaşdığı "Sirene Devras" otelinin rəhbərliyindən maraqlı bir sürprizlə qarşılanıb. Azerisport.az xəbər verir ki, otelin rəhbərliyi toplanışı başa vuran hər komandaya İspartadakı son günündə şam yeməyini açıq hava altında təqdim edir ki, "İnter" də belə diqqətdən kənar qalmayıb. Otelin rəhbərliyi sonda komandaya uğurlar arzulayıb.
