12 iyul 2011 12:31
“Neftçini məğlub edəcək durumdayıq”
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”yə rəqib olan Xorvatiyanın “Dinamo” klubunun müdafiəçisi Domaqoy Vida komandamızla oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Zaqreb klubunun arxa xətt oyunçusu bunları dilə gətirib:
“Fikrimcə, stadion tam dolu olacaq. Belədə biz təbii ki, çox gözəl atmosferdə oynamış olacağıq. Hesab edirəm ki, “Neftçi”ni məğlub edəcək durumdayıq”.
