12 iyul 2011 00:27

Arif Əsədov: Qoy xorvatlar elə də düşünsün

“Neftçi”nin baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində komandasının Zaqreb “Dinamo”su ilə oyunu ərəfəsindəki durumunu dəyərləndirib.

- Öncə komandanızın Avstriya toplanışını dəyərləndirərdiz?
- Avstriya toplanışında biz əsas diqqəti yoldaşlıq oyunlarına yönəltmişdik. “Dinamo” ilə oyunlar üçün heyəti müəyyənləşdirmək istəyirdik. Həmçinin taktiki sxemlər üzərində də çalışdıq. Avstriyadakı oyunlarda nəticə bizim üçün elə də vacib əhəmiyyət daşımırdı. Amma bu baxımdan da özümüzü pis tərəfdən göstərmədiyimizi düşünürəm. Öncədən seçdiyimiz rəqiblərdən ikisi ölkə çempionu, digəri isə gümüş mükafatçı idi. Onlarla oyunlara demək olar ki, istəyimizə çatdıq.

- Amma “Neftçi” 3 oyunda cəmi 2 qol vura bildi...
- Biz Çexiya və Albaniya çempionları ilə qarşılaşdıq. Qollu oyunlar heç gözləmirdik. “Dinamo” ilə oyunlarda necə oynayacaqdıqsa, elə oynadıq.

- “Dinamo” da Xorvatiya çempionudu...
- Daha zəif rəqiblər tapıb 5-6 qol da vura bilərdik.
 
- Deməli, “Neftçi” “Maksimir”dəki oyunda əsas diqqəti müdafiəyə yönəldəcək?
- Xeyr. Bizim öz oyun üslubumuz var. Futbolçularımız həm müdafiə olunmağı, həm də hücum etməyi bacarırlar. Buna görə deməzdim ki, müdafiədə oturacağıq. Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik.

- Zaqrebə hansı hisslərlə gəlmisiz?
- Komandada yaxşı əhval-ruhiyyə var. Artıq bir aydı bu oyuna hazırlaşırıq. Psixoloji baxımdan müəyyən çətinliklər ola bilər. Çünki artıq bir aydı uşaqlar ailələrini görmürlər. Onlarla söhbətlər aparırıq ki, hansısa psixoloji problemlərin əziyyətini çəkməyək. Qarşıda bizi iki mühüm qarşılaşma gözləyir və başqa şeylərə konsentrasiya olmaq istəmirik.

- Zaqrebdə çox isti var. Hətta gecələr də temperatur 30-u aşağı düşmür. Bura soyuq Alp dağlarından gələn “Neftçi”yə belə isti problem yaratmaz ki?
- Elə son 2-3 gündə Avstriyada da isti hava var idi. Düşünmürəm ki, hava amili işimizi çətinləşdirsin.

- Hesab etmirsiz ki, Xorvatiyaya uyğunlaşmaq üçün bir qədər gec gəlmisiz?
- Biz burda özümüz üçün lazımi şəraiti yarada bilmirik. Çünki taktiki məşqlərimizi rəqib komandanın nümayəndələri izləyə bilərlər. Biz hər şeyi nəzərə almağa çalışmışıq.

- “Dinamo” ilə oyundan nə gözləyirsiz?
- İlk oyun üçün bizim strateji planımız var. Amma bu barədə sizə danışmaq istəmirəm. Bizə Bakıdakı oyunda kömək edə biləcək nəticə qazanmaq istəyirik. Bilirik ki, Bakıdakı oyunda stadion tam dolacaq.
 
- “Dinamo”nun futbolçuları azerisport.az saytına müsahibələrində demək olar ki, “Neftçi”yə şans vermirlər...
- Qoy elə də düşünsünlər. Bizim futbolçular da öz güclərinə inanırlar. Xorvatların bu açıqlamalarını lazımınca dəyərləndirmək lazımdı. Biz rəqibdən çəkinmirik. Vacib olan bizim öz düşüncələrimizdi, onların yox.
 
- Biletlər artıq satılıb qurtarıb. “Neftçi” mövsümün açılış matçında dolu tribunalar qarşısında oynamalı olacaq. Oyunçular həyəcanlana bilər?
- Bizim futbolçular da təcrübəlidilər, dolu tribunalar qarşısında az oynamayıblar. Götürək elə Lənkəranı. Ordakı atmosfer Zaqrebdəkindən heç də pis deyil. Futbolçularımız belə atmosferə artıq alışıqdılar.

- “Dinamo”çular əsasən Flavinyo və Mpenzanı xüsusi qeyd edirlər. Siz özünüz onlardan nə gözləyirsiz?
- Komandanı oyunçulara bölmək istəməzdim. “Neftçi”nin bütün futbolçuları bu komandada oynamağa layiqdilər. Əsas odu ki, futbolçular qarşıdakı oyunlarda bütün taktiki tapşırıqları yerinə yetirsinlər.

- 1:2 hesablı məğlubiyyət sizi qane edəcək?
- Biz bura uduzmaq üçün gəlməmişik. Ümid edirəm ki, cavab görüşü ərəfəsində üstünlük məhz bizim tərəfimizdə olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.