12 iyul 2011 00:50
Dinamonun qapıçısı da Neftçiyə şans tanımadı
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”yə rəqib olan Xorvatiyanın “Dinamo” klubunun qapıçısı İvan Kelava komandamızla oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Zaqreb klubunun qolkiperi açıqlamasında bunları dilə gətirib:
“Komandamızın bu oyundakı şanslarını çox yüksək qiymətləndirirəm. Şanslar 70-in 30-a “Dinamo”nun xeyrinədi. Hesab edirəm ki, bizim daha böyük təcrübəmiz var. Komanda rəqiblə müqayisədə daha güclüdü. Həm də biz dolu tribunalar qarşısında oynayacağımızdan müsbət nəticə qazanmaqdan başqa çıxış yolumuz yoxdu”.
