12 iyul 2011 13:01
Xəzər Lənkəranın rəqibi zədə epidemiyası ilə üzləşib
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”a rəqib olan İsrailin “Maccabi” (Təl-Əviv) klubu zədə epidemiyasından əziyyət çəkir. Azerisport.az xəbər verir ki, paytaxt klubu komandamızla oyuna tam heyətlə hazırlaşa bilmir.
Belə ki, komandanın aparıcı hücumçularından olan Roberto Kolautti son məşq prosesini buraxmaq məcburiyyətində qalıb. Amma onunla yanaşı Tamir Kahlon, Barak İçhaki və Eli Jijov da məşqlərə qatıla bilmir. Lakin onlardan “ağ-yaşıllar”a qarşı hansının oynayıb-oynamayacağı dəqiq bilinmir.
Qeyd edək ki, “Maccabi” və “Xəzər Lənkəran” arasındakı ilk oyun iyulun 14-də Təl-Əvivdə, cavab görüşü isə ayın 21-də Lənkəranda keçiriləcək.
