13 iyul 2011 13:15
Qarabağ bu gün Farer adalarında məşqə çıxacaq
“Qarabağ” artıq Farer adalarındadı. Azerisport.az xəbər verir ki, dünən səhər saatlarında paytaxtı tərk edən komandamız Bakı – İstanbul – Kopenhagen - Torshavn reysiylə hərəkət edərək uzun sürən yolçuluqdan sonra nəhayət Farer adalarına çatıb.
Bu günü komanda tək məşqlə keçirəcək. Yerli vaxtla 12:00-da (Bakı vaxtıyla 18:00) komandamız oyunun keçiriləcəyi “Qundadalur” stadionunda məşqə çaxacaq. Amma bu komandamızın son məşqi olmayacaq. Belə ki, sabah oyunqabağı Farer vaxtıyla 11:30-da da Qurban Qurbanovun yetirmələri məşqə çıxacaqlar.
Xatırladaq ki, “Streymur” – “Qarabağ” oyunu iyulun 14-də saat 23:00-da (Bakı vaxtıyla) baş tutacaq.
