13 iyul 2011 14:06
Branko İvankoviç: Neftçi Zaqrebdə yox, Bakıda təhlükəli olacaq
Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun sabiq baş məşqçisi Branko İvankoviç azerisport.az saytına müsahibəsində bu komandanın Azərbaycan çempionu “Neftçi” ilə dueldəki şanslarını dəyərləndirib.
- “Dinamo”nun bu günkü “Neftçi” ilə ev oyunundan nə gözləyirsiz?
- Fikrimcə, “Dinamo” “Neftçi”dən daha yaxşı komandadı. Amma onu da bilirəm ki, Azərbaycan klubunun yaxşı büdcəsi var. Mənə elə gəlir ki, “Neftçi” “Dinamo” üçün çətin rəqibdi. Baxmayaraq ki, Xorvatiya çempionu favorit göstərilir, çətin olacaq. Əminəm ki, hər iki komanda üçün ağır oyun alınacaq.
- “Dinamo”nun əsas gücü nədədi?
- Mən bu komandanı çalışdıranda onlar çox güclü idilər. Amma indi də yaxşı oyunçulara, heyətə malikdilər. Kompakt oyun sərgiləyirlər, hücum etməyi sevirlər.
- Mən bu komandanı çalışdıranda onlar çox güclü idilər. Amma indi də yaxşı oyunçulara, heyətə malikdilər. Kompakt oyun sərgiləyirlər, hücum etməyi sevirlər.
- Bu komandaya qarşı necə oynamaq lazımdı?
- “Neftçi”nin baş məşqçisi bu komandanı yaxşı analiz etməlidi. Həm də futbolçularını tam olaraq bu komanda ilə oyuna kökləməlidi.
- “Neftçi”nin baş məşqçisi bu komandanı yaxşı analiz etməlidi. Həm də futbolçularını tam olaraq bu komanda ilə oyuna kökləməlidi.
- “Neftçi” “Dinamo”nu keçə bilər?
- Əminəm ki, “Neftçi” yaxşı komandadı. Güclü heyəti var ki, buna güvənib növbəti mərhələyə adlamaqda iddialıdı. Böyük ehtimalla “ağ-qaralar” daha çox Bakıda təhlükəli olacaqlar, nəinki Zaqrebdə.
- Bəs “Dinamo”ya nəyi məsləhət görərdiz?
- Xorvatiya çempionuna da “Neftçi” ilə oyunlara çox ciddi yanaşmaq tələb olunur. Faciədən qaçmaq üçün 100 faiz bu oyuna köklənmək vacibdi.
- Keçmiş klubunuzun yenidən Azərbaycan klubuna rəqib olmasını necə qarşıladınız?
- Püşkatmanın nəticəsini bilən kimi, düşündüm ki, “Dinamo”nu “Neftçi” ilə çətin qarşıdurma gözləyir. Həm Zaqrebdə, həm də Bakıda. Düşünürəm ki, problem çox olacaq.
- “Xəzər Lənkəran”la oyunlarınız yadınızdadı?
- Həmin oyunları çox yaxşı xatırlayıram. Onlar mənim xatirimdədilər. İki çox çətin oyun alındı. Həm evdə, həm də səfərdə. Xüsusilə cavab matçı yadda qalan oldu. Cütün taleyini yalnız əlavə vaxtda həll edə bildik.

- Hazırkı “Dinamo” sizin çalışdırdığınız komandadan zəif deyil?
- “Dinamo” həmişə güclü olub.
- “Dinamo” həmişə güclü olub.