13 iyul 2011 02:09
İqor Mitreski və Ruslan Abışov Dinamoya meydan oxudu
Azərbaycan çempionu “Neftçi”nin müdafiəçiləri Ruslan Abışov və İqor Mitreski UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Xorvatiya “Dinamo”su ilə ilk oyunu öncəsi mətbuat konfransı keçiriblər. Azerisport.az xəbər verir ki, jurnalistlərin suallarını cavablayan futbolçularımız bunları dilə gətiriblər:
“Bizim “Dinamo” ilə oyunlarımız iki 90 dəqiqədən ibarət olacaq. İlk oyuna uduzmamaq üçün gəlmişik. Burdan sərfəli nəticə ilə qayıtmaq istəyirik. Cütün taleyinə isə Bakıda aydınlıq gələcək” – deyə Abışov vurğulayıb.

İqor Mitreski isə bunları söyləyib: “Biz “Dinamo”nun çox güclü rəqib olduğunu bilirik. Amma istənilən halda qələbəyə oynayacağıq”.