13 iyul 2011 14:18
Və AZAL rəsmən açıqladı
AZAL yeni baş məşqçsinin adını rəsmən ictiamiyyətə açıqlayıb. Azerisport.az xəbər verir ki, Nazim Süleymanovun istefasından sonra klub rəhbərliyi komandanı yeni məşqçiyə tapşırıb.
Bu, yerli mütəxəssis Elxan Abdullayevdi. Bu gün klubun ofisinə dəvət olunan Elxan Abdullayev qısa danışıqlardan sonra birillik müqaviləyə imza atıb.
Qeyd edək ki, Abdullayevin son iş yeri məşqçi kimi çalışdığı Qazaxıstanın “Atırau” klubu olub. Məşqçilik karyerasına 28 yaşında başlayan Abdullayev uzun müddət “Dinamo”ya rəhbərlik edib, klubun “Bakı” adı altında ilk baş məşqçisi olub. O həmçinin “Qarabağ”ın baş məşqçisi kimi də fəaliyyət göstərib. Abdullayev bundan başqa Azərbaycan milli komandaları və “İnter”də məşqçi vəzifəsini tutub. Elxan Abdullayev "Pro" kateqoriyalı məşqçilik lisenziyaına malikdi.
