13 iyul 2011 02:06
Arif Əsədov: Dinamoya qarşı necə oynayacağımızı bilirik
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Arif Əsədov UEFA Çempionlar Liqasının sabah keçiriləcək ikinci təsnifat mərhələsinin Xorvatiya “Dinamo”su ilə ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı Zaqrebdəki “Maksimir” stadionunda təşkil olunan mətbuat konfransında bunları dilə gətirib:
“Bizim ilk oyun üçün əsas məqsədimiz sərfəli nəticəyə nail olmaqdı. “Dinamo”ya qarşı necə oynayacağımızı bilirik. Komandam oyuna tam hazırdı”.
“Bizim ilk oyun üçün əsas məqsədimiz sərfəli nəticəyə nail olmaqdı. “Dinamo”ya qarşı necə oynayacağımızı bilirik. Komandam oyuna tam hazırdı”.
