13 iyul 2011 15:14
Vaqif Qasımov: Yeni baş məşqçidən yaxşı nəticə gözləyirik
AZAL-ın prezidenti Vaqif Qasımov komandaya yeni baş məşqçi təyin olunması ilə bağlı fikirlərini açıqlayıb. O, azerisport.az saytına müsahibəsində bunları dilə gətirib:
“Artıq müqaviləyə imza atmışıq və Elxan Abdullayev AZAL-ın yeni baş məşqçisi oldu. Hələlik razılaşmanın müddəti bir illikdi. Görək bu müddət ərzində gənc mütəxəssis nə edə biləcək. Klub rəhbərliyi olaraq qərara gəldik ki, yenə yerli mütəxəssisə güvənək. Nazim Süleymanov da komandamıza gələnə kimi işləmirdi. Amma AZAL-dakı fəaliyyətindən sonra ona tələbatın artacağını düşünürəm. Yeni baş məşqçidən yaxşı nəticə gözləyirik”.