13 iyul 2011 15:47

Rəşad Sadıqov: Qurbanov yarımmüdafiədə oynamağımı tələb edir

“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində komandasının Avropa Liqasının ikinci təsnifat mərhələsindəki şanslarını dəyərləndirib.

- Sizin “Streymur”la ilk oyunu buraxmağınız nə dərəcədə realdı?
- Son məşqlərin birində zədələndim, əzələmdə ağrı hiss etdim. Növbəti gün həkimə getdim, amma onlar heç bir ciddi şey olmadığını bildirdilər. İlk oyunda iştirak edəcəm.

- Rəqibi necə dəyərləndirərdiz?
- Farer adalarının klubu da texnikalı oyuna üstünlük verir. Topu özündə çox saxlamağı sevən komandadı. Hardasa oyun üslubuna görə oxşar kollektivlər oynayacaq. Əgər onlara oynamaq imkanı versək, işimiz çətin olacaq. Yarımmüdafiə və hücum xəttində yaxşı futbolçuları var. Artıq dörd ildi Avropa Liqasında çıxış edirlər. Hələlik heç vaxt mərhələ keçə bilməyiblər. Amma bəxtlərinə həmişə güclü klublar düşüb. Bizi xüsusilə səfərdə çətin oyun gözləyir.

- Deməli, rəqibi qiymətləndirməmək baha başa gələ bilər?
- Qurban Qurbanov bizi əlavə şeylərə köklənməyə qoymur. Bütün uşaqlar onların oyunlarını izləyiblər və rəqibin gücünü bilirlər.

- Rəqib ev oyununu heç də doğma meydanda keçirməyəcək...
- Bunun bizim üçün o qədər də ciddi fərqi yoxdu. Elə biz də ev oyunlarımızı doğma meydanda keçirmirik. Axı bir qayda olaraq avrokubok oyunlarımız Tofiq Bəhramov adına Respublika stadionunda keçirməli oluruq.

- Farer adalarına hansı nəticə üçün gəlmisiz?
- Mübarizəni davam etdirməyə imkan verəcək nəticə üçün. Səfərdə qollu heç-heçə yaxşı nəticədi. Əsas odu ki, iki top fərqi ilə uduzmayaq.
 
- “Banga” ilə cavab matçında öz mövqeyizdən başqa hər yerdə oynadınız...
- Hücumlara qoşulmağı sevirəm. Baş məşqçi də məndən bunu tələb edir. Artıq cavab matçında 2:0 önə keçəndən sonra növbəti mərhələyə çıxmağımız şübhə doğurmurdu və bu üzdən rahat hücumlara qoşula bilərdim.

- Əgər hücumlara qoşulmağı bu qədər sevirsizsə, niyə yarımmüdafiəyə keçmirsiz?
- Baş məşqçi də bunu istəyir. Amma mən hər dəfə etiraz edirəm. Hesab edirəm ki, yalnız müdafiədə ideal oynaya bilərəm. Yarımmüdafiə xəttində nə hücuma, nə də müdafiəyə lazımı dəstək verə bilərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.