13 iyul 2011 16:01
Qarabağ – Streymur matçına bütün təyinatlar açıqlandı
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 21-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Streymur” (Farer adaları) oyununa bütün təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, bu oyunun baş hakimi Qoran Spirkovskinin adı bir müddət öncədən bəlli idi.
Bu gün isə onun köməkçilərinin də tam siyahısı müəyyənləşib. Beləliklə, sözügedən qarşılaşmanı adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:
Baş hakim: Qoran Spirkoski
Baş hakimin köməkçiləri: İqor Sirilov, Kiril Neqrieski
Dördüncü hakim: Petar Veljanovski
(Hakimlər briqadası Makedoniyadandı)
Hakim-inspektor: Kiros Georgiu (Kipr)
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun sabah Torshavnda keçiriləcək.
