13 iyul 2011 15:56
Flavinyo: Böyük klubları udmaq daha şərəflidi
"Dinamo" bütün dünyada tanınır. Məşqçilərlə birgə rəqibi analiz etmişik. Sözsüz ki, "Dinamo" güclü klubdu. Lakin böyük komandaları udmaq daha şərəflidi. Ona görə də rəqibə qalib gəlmək üçün bacarığımızı əsirgəməyəcəyik".
Azerisport.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Dinamo" ilə oyunu ərəfəsində "Neftçi"nin yarımmüdafiəçisi Flavinyo klubun rəsmi saytına açıqlamasında deyib.
Braziliyalı futbolçu bu günkü oyuna tam hazır olduqlarını da bildirib: "Avstriyada yüksək səviyyədə hazırlıq keçmişik. Oranın iqlimi yaxşı olduğundan, təlim-məşq toplanışı ürəyimizcə oldu. Üstəlik, çox faydalı yoxlama görüşləri də keçirmişik. Bu günkü oyuna tam hazırıq".
