13 iyul 2011 16:10
“Dinamo ilə başabaş mübarizə aparmağa qadirik”
"Real danışsaq, güclü komanda ilə düşmüşük. Komandamızın bütün üzvləri anlayır ki, "Dinamo" ciddi rəqibdi. Bu günkü oyunda əsas silahımız istəkdi".
Azerisport.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Dinamo" ilə səfər oyunu ərəfəsində "Neftçi"nin yarımmüdafiəçisi Rəşad Abdullayev klubun rəsmi saytına açıqlamasında deyib.
Təcrübəli futbolçu Zaqrebdən lazımi nəticə ilə dönəcəklərini bildirib: "Neftçi"də əhval-ruhiyyə yüksək səviyyədədi. Zaqrebdə "Dinamo" ilə başabaş mübarizə aparmağa qadirik. Əla hazırlıq keçmişik. Çalışacağıq ki, lazım olan nəticəni əldə edək".
