13 iyul 2011 16:25
Dinamo Neftçidən 4,6 dəfə baha heyətə malikdi
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində üz-üzə gələn Xrovatiya və Azərbaycan çempionları - “Dinamo” ilə “Neftçi”nin futbolçularının dəyəri müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu yöndə bəzi araşdırmalar aparan Xorvatiya mətbuatı fərqli rəqəmlər üzə çıxarıblar.
Məsələ burasındadı ki, xorvatlar öz çempionlarının meydana ilk dəqiqədən çıxacaq futbolçularının dəyərinin 28 milyon avro olduğunu bildirirlər. Onların fikrincə, “Dinamo” meydana aşağıdakı heyətlə çıxacaq və onları qiymətləri də belədi:
İvan Kelava (1.000.000) – Şime Vrsalko (4.000.000), Domaqoy Vida (1.750.000), Tonel (3.000.000), Luis İbanes (1.000.000) – Yerko Leko (750.000) – Milan Badel (5.000.000), Sammir (6.000.000), Mehmed Alispahiç (2.500.000) – Fatoş Beçiray (2.000.000), İvan Krstanoviç (1.000.000).
“Nefti”nin start heyətinin dəyəri isə “Dinamo”dan qat-qar geri qalır. Hər halda bu fərqi aşağıdakı rəqəmlərdən də görmək mümkündü:
Saşa Stamenkoviç (1.150.000), İqor Mitreski (850.000), Flavinyo, Rail Məlikov, Rodriqinyo (hər üçü 750.000), Slavço Georgiyevski (450.000), Emil Mpenza (400.000), Denis Silva (300.000), Ruslan Abışov (300.000), Rəşad Abdullayev (300.000), Alessandro (150.000).
