13 iyul 2011 16:49
Elxan Abdullayev qarşısına qoyulan hədəfləri açıqladı
AZAL-ın yeni baş məşqçisi Elxan Abdullayev azerisport.az saytına müsahibəsində bu təyinatından və qarşısına qoyulan vəzifədən, məqsədlərindən danışıb.
- Təyinatınızı necə qarşıladınız?
- Təbii ki, yenidən iş başında olmaq çox xoşdu. AZAL rəhbərliyi tərəfindən belə diqqətin göstərilməsi məni ancaq sevindirə bilər. Biz bir illik razılıq əldə etdik. Bunu ən optimal variant sayıram. Təbii ki, lazım gələcəyi halda növbəti mövsüm anlaşmanın müddətini artırmaq da olar.

- Yeni işinizdə ilk addımınız nədən ibarət olacaq?
- İlk növbədə komanda ilə tanış olmalıyam. Mənim bildiklərim hələlik vizual xarakter daşıyır. Tezliklə Türkiyəyə təlim-məşq toplanışına yollanacağıq. İyulun sonuna kimi orda hazırlıq keçəcəyik.
- İlk növbədə komanda ilə tanış olmalıyam. Mənim bildiklərim hələlik vizual xarakter daşıyır. Tezliklə Türkiyəyə təlim-məşq toplanışına yollanacağıq. İyulun sonuna kimi orda hazırlıq keçəcəyik.
- Hansı mövqelərə əlavə oyunçu lazımdı?
- 2-3 mövqenin gücləndirilməsinə ehtiyac var. “Minsk”lə oyunlardakı hücum potensialı məni heç də qane etmədi. Bura bir neçə səviyyəli oyunçu almağımız gərəkdi. Müdafiəyə də bir futbolçu almalıyıq.
- 2-3 mövqenin gücləndirilməsinə ehtiyac var. “Minsk”lə oyunlardakı hücum potensialı məni heç də qane etmədi. Bura bir neçə səviyyəli oyunçu almağımız gərəkdi. Müdafiəyə də bir futbolçu almalıyıq.
- Komanda avrokuboklarda çıxış etdiyindən lazımi istirahət edə bilməyib, uğursuz çıxışı azmış kimi baş məşqçi dəyişikliyi olub. Bütün bunlar əlavə çətinliklər yaratmayacaq?
- Hələ vaxtımız var. Hər halda mənim işim “Sumqayıt”a nisbətən daha asan olacaq. Çünki orda ümmiyyətlə yeni komanda yaradırlar. AZAL-da isə özək var. Sadəcə mövcud balansı qorumaq lazımdı. Əlavə problemin olacağını düşünmürəm.
- Qarşınıza hansı vəzifə qoyulub?
- Ən yüksək. Bu da titul qazanmaqdan ibarətdi. Mən özüm də ambisiyalı insanam. Bu da mənim ancaq ürəyimcədi.