13 iyul 2011 18:04
Mpenza: Göstərəcəyik ki, Azərbaycanda necə gözəl futbol oynanılır
Azərbaycan çempionu “Neftçi”nin hücumçusu Emil Mpenza Xorvatiya çempionu “Dinamo” ilə bu gün keçiriləcək UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Xorvatiya mətbuatına açıqlamasında bunları deyib:
“Bildiyim qədərilə, Xorvatiya klubları evdə daha yaxşı oynayırlar. Hər halda “Dinamo” böyük klubdu. Amma “Neftçi” də adi komanda deyil. Biz göstərəcəyik ki, Azərbaycanda necə gözəl futbol oynanılır. Təbii ki, 40 min azarkeşin sənin rəqibinə azarkeşlik etməsini görmək elə də asan deyil. Rəqibin heyətində daha çox braziliyalı Sammiri vurğulamaq istərdim. Elə bizim braziliyalılar da yaxşıdılar. Siz özünüz də bunu görəcəksiz”.