13 iyul 2011 18:22
XL üzvləri Qüdsdə (FOTOLAR)
Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində sabah Təl-Əvivin “Maccabi” kubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” hazırda İsraildədi. Azerisport.az xəbər verir ki, bu gün komandanın üzvləri gəzintiyə çıxıblar. Səhər saatlarında Qüds şəhərinə yollanan komanda artıq geri qayıdıb. Futbolçular müqəddəs şəhərin məscidində namaz qılıb, dualar edib və bu ağır İsrail səfərindən üzüağ dönmələri üçün Allahdan yardım istəyiblər.
Onu da qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 21:00-da hər iki komandanın baş məşqçilərinin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. (12-ci oyunçu)
