15 iyul 2011 02:01
Türklər də AZAL-ın qisasını ala bilmədilər (YENİLƏNİB)
UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə Çempionlar Liqasından sonra ikinci ən səviyyəli turniri olan Avroliqada mübarizə getdikcə daha da qızışır.
Məlum olduğu kimi, bu turnirin birinci təsnifat mərhələsindən 50 komanda mübarizəyə qoşulmuşdu. Onlardan yarısı mübarizəni ilk cəhddə dayandırarkən, daha güclü bir o qədər kollektiv üçüncü mərhələyə yüksəlmək şansı qazanmışdı.
Təəssüf ki, mübarizəni dayandıran klublar arasında Azərbaycan təmsilçisi AZAL da var idi. Onun rəqibi Belarus “Minsk”inin əsl gücü isə Türkiyə “Gaziantepspor”u ilə qarşılaşmalarda bilinəcəkdi. Lakin azərbaycanlı futbolsevərlərin də azarkeşlik etdiyi qardaş ölkə təmsilçisi Minskdən qələbə ilə dönə bilməyib. Hər halda cavab görüşündə qardaş ölkə təmsilçisinin qələbə qazanacağına inanırıq.
Bütövlükdə isə, ötən gecə “Qarabağ” və “Xəzər Lənkəran”ın oyunları ilə yanaşı Avropanın yaşıl meydanlarında 38 görüş baş tutdu. Keçirilən bütün oyunların siyahısı və nəticəsi ilə sizi də tanış edirik.
Avropa Liqası
İkinci təsnifat mərhələsi
İlk oyunlar
14 iyul
Şaxtyor (Karaqandi, Qazaxıstan) - Saint Patrick's (İrlandiya) - 2:1 (0:0)
Metallurg (Rustavi, Gürcüstan) - İrtış (Qazaxıstan) - 1:1 (0:0)
Slask (Polşa) - Dundee United (Şotlandiya) - 1:0 (0:0)
Rad (Serbiya) - Olympiakos (Yunanıstan) - 0:1 (0:0)
Flamurtari (Albaniya) - Jablonec (Çexiya) - 0:2 (0:0)
KuPS (Finlandiya) - Gaz Metan (Rumıniya) - 1:0 (1:0)
Iskra-Stal (Moldova) - Varaždin (Xorvatiya) - 1:1 (1:1)
Tauras (Litva) - Den Haag (Hollandiya) - 2:3 (0:0)
Rudar (Çernoqoriya) - Austriya (Avstriya) - 0:3 (0:1)
TPS (Finlandiya) - Westerlo (Belçika) - 0:1 (0:0)
Sant Julia (Andorra) - Bnei Yehuda (İsrail) - 0:2 (0:1)
Anorthosis (Kipr) - Gagra (Gürcüstan) - 3:0 (2:0)
Häcken (İsveç) - Honka (Finlandiya) - 1:0 (1:0)
Ferencvárosi (Macarıstan) - Aalesunds (Norveç) - 2:1 (1:1)
Minsk (Belarus) - Gaziantepspor (Türkiyə) - 1:1 (1:0)
Olimpija (Sloveniya) - Bohemians (İrlandiya) - 2:0 (1:0)
Orebro (İsveç) - Sarajevo (Bosniya və Herseqovina) - 0:0 (0:0)
Şaxtyor (Soliqorsk, Belarus) - Ventspils (Latviya) - 0:1 (0:0)
Valerenga (Norveç) - Mika (Ermənistan) - 1:0 (0:0)
Floriana (Malta) - AEK (Kipr) - 0:8 (0:5)
Llanelli (Uels) - Dinamo (Tbilisi, Gürcüstan) - 2:1 (1:0)
Differdange (Lüksemburq) - Levadia (Estoniya) - 0:0 (0:0)
Vaduz (Lixtenşteyn) - Vojvodina (Serbiya) - 0:2 (0:0)
Suduva (Litva) - Elfsborg (İsveç) - 1:1 (0:0)
Tirana (Albaniya) - Spartak (Trnava, Slovakiya) - 0:0 (0:0)
Paksi (Macarıstan) - Tromse (Norveç) - 1:1 (0:1)
The New Saints (Uels) - Midtjylland (Danimarka) - 1:3 (0:0)
Kecskemet (Macarıstan) - Aktobe (Qazaxıstan) - 1:1 (1:0)
Metallurg (Latviya) - Zalsburg (Avstriya) - 1:4 (0:3)
Vllaznia (Albaniya) - Thun (İsveçrə) - 0:0 (0:0)
Zeljeznicar (Bosniya və Herseqovina) - Sheriff (Moldova) - 1:0 (0:0)
Juvenes (San Marino) - Rabotnicki (Makedoniya) - 0:1 (0:0)
Crusaders (Şimali İrlandiya) - Fulham (İngiltərə) - 1:3 (0:1)
Glentoran (Şimali İrlandiya) - Vorskla (Ukrayna) - 0:2 (0:2)
Metallurg (Makedoniya) - Lokomotiv (Sofiya, Bolqarıstan) - 0:0 (0:0)
Domzale (Sloveniya) - Split (Xorvatiya) - 1:2 (0:1)
Hafnarfyordur (İslandiya) - Nacional (Portuqaliya) - 1:1 (0:0)
Reykjavik (İslandiya) - Zilina (Slovakiya) - 3:0 (0:0)
