13 iyul 2011 18:37

Rodriqinyo: Hər şeyə meydanda aydınlıq gələcək

Azərbaycan çempionu “Neftçi”nin aparıcı oyunçularından olan braziliyalı yarımmüdafiəçi Rodriqinyo azerisport.az saytına müsahibəsində UEFA Çempionlar Liqasındakı şanslarından danışıb.
 
- Xorvatiya mətbuatı “Dinamo” – “Neftçi” oyunu öncəsi sizin Sammirlə dostluğunuzu daha çox müzakirə edir...
- (gülür) O, mənim dostumdu. Öz ölkəmizdə qısa müddətdə də olsa, birgə top qovmuşuq. Amma indi o, “Dinamo”nu təmsil edir, mənsə “Neftçi”ni. Düşünürəm ki, dostluğumuz bir-birimizə qarşı tam güclə oynamağımıza mane olmayacaq.

- Yəqin ki, püşkatmadan sonra bu oyunları çox müzakirə etmisiz...
- Oyunlar barədə bir kəlmə də danışmamışıq. Amma belə onunla internetlə çox tez-tez danışıram. Adətən ailə və kənar məsələlərlə bağlı söhbətləşirik.

- Çox yaxından tanıdığınız birinin komandasına qarşı oynamaq necə hissdi?
- Mənim üçün bu, normalı haldı. Çünki ilk dəfə deyil ki, öz tanışlarıma qarşı forma geymiş olacam.

- “Neftçi”nin “Dinamo” ilə düşməsinə sevinmişdiz?
- Mən Sammiri çoxdan görmürdüm. Odu ki, onunla yenidən görüşmək mənim üçün çox xoş olacaq. “Dinamo”ya gəlincə, bu klub həqiqətən güclüdü. Amma hər şeyin necə olacağını oyunlar göstərəcək.

- Bakıya hansı hesabla qayıtmaq istərdiniz?
- Mən “Neftçi”nin Zaqrebdə yaxşı oyun göstərməsini gözləyirəm. Belə olan halda müsbət nəticəyə də nail olacağıq.

- Hətta “Dinamo” cütün favoriti göstərilsə də?
- Qoy göstərilsin. Bilirsiz ki, hər şeyə meydanda aydınlıq gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.