13 iyul 2011 18:52
Kiyev Dinamosunun qapıçısı Kəpəzdə
"Kəpəz" daha iki ukraynalı futbolçunu yoxlamaq qərarına gəlib. Azerisport.az xəbər verir ki, dünəndən etibarən komandanın məşqlərinə 2004-cü ilədək Kiyev "Dinamo"sunun əvəzedici heyətinin, sonralar isə Ukraynanın İvano-Frankovsk şəhərinin "Prikarpatye" klubunun qapısını qoruyan Vladimir İkonnikov qatılıb.
Bu barədə məlumatı "Kəpəz" PFK-nın mətbuat katibi Məqsad Rəhimov verib. Onun sözlərinə görə, 1982-ci il təvəllüdlü qapıçının boyu 1 metr 92 sm-di.
Klub rəsmisi bildirib ki, komandanın baş məşqçisi Mehman Allahverdiyev daha bir ukraynalı futbolçunu da sınaqdan keçirir. Bu orta xətt müdafiəçisi 1985-ci il təvəllüdlü Dmitri Evstafyevdi. Məlumat üçün bildirək ki, Evstafyev əvvəllər Ukraynanın Çerniqov şəhərinin "Dnestr" klubunun, sonralar isə Xarkovun "Qelius" komandasının şərəfini qoruyub.
