13 iyul 2011 21:38
Motti İvanir: XL-la oyunlara çox ciddi yanaşırıq
İsrailin “Maccabi” klubunun baş məşqçisi Motti İvanir Avropa Liqasının ikinci təsnifat mərhələsində İsraildə keçiriləcək sabahkı “Xəzər Lənkəran”la ilk oyun öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, jurnalistlərlə söhbətində bunları dilə gətirib:
“Bizə heç də adi rəqib düşməyib. Mümkündü ki, Azərbaycan çempionatı o qədər də yüksək səviyyəli birincilik olmasın. Amma kluba yaxşı baxdıqda hər şeyin göründüyü kimi olmadığı bəlli olur. Komandanın 19 oyunçusundan 13-ü legionerlərdi. Baş məşçqisi isə rumıniyalı mütəxəssisdi. Mən Mirça Rednikin komandamız haqda dediklərini eşitmişəm. O, bizim avrokuboklarda təcrübəli olduğumuzu bildirir. Amma istənilən halda biz “Xəzər Lənkəran”la oyunlara çox ciddi yanaşırıq”.

Təl-Əviv klubunun çalışdırıcısının sözlərinə görə, onlar rəqiblərinin hazırkı durumundan xəbərsizdilər: "Hazırda "Xəzər Lənkəran"da ötən mövsüm oynamış futbolçulardan çox az hissəsi qalır. Yəni onların əksəri komandayla yollarını ayırıblar. Buna görə də onları yaxşı analiz etməkdə bəzi çətinliklərimiz var. Məlumdu ki, onlar fiziki cəhətdən yaxşı hazırlıqlıdılar. Bütün bunlara baxmayaraq, biz də rəqiblə görüşlərə hazırıq. Sadəcə, ehtiyatlı olmalıyıq".
"Əlbəttə, cütün taleyini elə ilk oyundaca həll etmək çox ideal alınardı. Amma hələ cavab oyunu haqda düşünmək çox tezdi. Biz hələ ilk oyunda uğurlu nəticə qazanmaq haqda düşünməliyik" - deyə, İvanir qeyd edib.
"Maccabi"nin çalışdırıcısı daha sonra bunları söyləyib: "Fikrimcə, sabahkı oyuna çoxlu azarkeş təşrif buyuracaq. Çox ümid edirəm ki, onları sevindirə biləcəyik və hər şey bizim üçün yaxşı qurtaracaq".