13 iyul 2011 21:57

Bakı`nın Bakı toplanışı start götürdü

“Bakı” növbəti mövsümün  hazırlıqlarının Bakı mərhələsinə bu gün keçirdiyi bir məqşlə start verib. Azerisport.az xəbər verir ki, saat 19:00-da klubun təlim-məşq bazasında baş tutan məşq bir saat davam edib. İlk məşq fiziki təmrinlərlə başlayıb, topla çalışmalarla yekunlaşıb.
 
Məşqdə cərrahiyyə əməliyyatı keçirən və bərpa prosesi keçən Əziz Quliyev və 9 iyulda Xorvatiyanın “İstra” klubu ilə oyunda topuğundan zədə alan Uinston Parks həkim nəzarəti altında fərdi məşq keçiblər. Bildirək ki, Parksın zədəsi ciddi deyil və iki gündən sonra komanda ilə birgə çalışacaq.
 
Qeyd edək ki, komandanın bu gün keçirilən məşqində 3 futbolçu iştirak etmirdi. 19 yaşlılardan ibarət milli komandanın düşərgəsində olan Nurlan Novruzov, Rəhman Hacıyev və pasportunda yaranan problem səbəbindən Syerra-Leoneyə yollanan İbrahim Karqbo komandaya bir neçə gündən sonra qoşulacaqlar.
 
Əlavə etmək yerinə düşər ki, sabahdan məşqlərin intensivliyi artırılacaq və futbolçular gündə 2 dəfə məşqə çıxacaqlar. 2 gün sonra, daha dəqiq desək, 15 iyul tarixində ikitərəfli oyun keçirilməsi planlaşdırılır.
 
17 iyulda yenidən Sloveniyaya yollanacaq “Bakı” 12 gün ərzində məşq edəcək və 4 yoldaşlıq oyunu keçirəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.