13 iyul 2011 22:15
AZAL sabah yeni baş məşqçisini ictimaiyyətə təqdim edəcək
Bu gün AZAL PFK-ya baş məşqçi təyin olunan Elxan Abdullayev sabah mətbuata təqdim olunacaq. Azerisport.az xəbər verir ki, bu tədbir sabah saat 10:30-da Şüvəlan qəsəbə stadionunun konfrans zalında keçiriləcək.
Qeyd edək ki, Elxan Abdullayev baş məşqçi postunda bir neçə gün öncə istefa verən Nazim Süleymanovu əvəzləyib. Onunla bu gün bir illik rəsmi müqavilə imzalanıb.
