13 iyul 2011 22:41
Beşiktaş üçün şok qərar (FOTO)
Türkiyə futbolunda danışılmış oyunlarla bağlı çıxarılan şok qərarlar davam edir. Azerisport.az xəbər verir ki, bu gün daha dörd nəfər futbol adamı haqda gözlənilməz qərar çıxarılıb.
Belə ki, dünən istintaqa cəlb olunan “Beşiktaş”ın vitse-prezidenti Serdar Adalı, baş məşqçisi Tayfur Havutçu, eləcə də “İstanbul Büyükşehir Belediyespor”lu futbolçular İbrahim Akın və İskender Alın haqqında məhkəmə qərarı çıxarılıb. Belə ki, danışılmış oyunlarda əli olduğu iddia olunan bu şəxslər də məhkəməyə verilib.
İbrahim Akının “Fenerbahçe” matçı öncəsi pul aldığını qəbul etdiyi bildirilir. O, İskender Alın ilə birgə “Beşiktaş” ilə oynanılan kubok matçından öncə bu klubdan transfer təklifi edildiyini də bildirib.
